Azarkeşsiz futbol Kremlsiz Moskvadır
Bizi izləyin

İdman

Azarkeşsiz futbol Kremlsiz Moskvadır

Azarkeşsiz futbol Kremlsiz Moskvadır

“Bavariya”nın keçmiş futbolçusu Lotar Metteus bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək MİOK –“Bavariya” oyunu barədə fikirlərini bildirib.

Matteus oyunun azarkeşlərisiz keçiriləcəyindən təəssüfləndiyini bildirib:

“Futbol azarkeşlər uçundur. Azarkeşsiz futbol, susuz dəniz, Kremlsiz Moskva kimidir. Çox təəssüf ki, tribunalar boş olacaq. Ancaq bütün hallarda qaydalara riayət etmək lazımdır”.

Alman futbolunun canlı əfsanəsi keçmiş komandasının düşdüyü qrupla bağlı da fikirlərini bildirib:

“Olduqca güclü qrupdur. Burda “Mançester Siti”, “Roma” kimi Avropa nəhəngləri var. Onların fonunda MİOK autsayderdir. Moskvalılar hansısa oyunda sensasiya edə bilər. Ancaq düşünmürəm ki, onlar ilk 2 yer uğrunda mübarizə apara bilsin. Yəqin ki, qrupda birinci pilləni “Bavariya” tutacaq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm