İdman
6 fevral – 15:03 - də baş verən dəhşətli qəza- FOTOLAR
56 il əvvəl “Mançester Yunayted” futbol klubu və onun azarkeşləri üçün faciə yaşandı . 6 fevral 1958-ci ildə 609 saylı reyslə uçan Britaniyanın hava yollarına məxsus təyyarə Münhen hava limanında qəzaya uğradı.
Publika.Az məlumat verir ki, həmin təyyarədə komandanın şotlandiyalı baş məşqçisi Matt Basbi olmaqla məşqçilər heyəti, “Mançester Yunayted” klubunun futbolçuları , bir neçə mətbuat işçisi və bir qisim azarkeş olub.
Həmin vaxt “Mançester Yunayted” Belqradda Avropa çempionlar kuboku turnirinin ¼ final mərhələsinin cavab matçından- Serbiyanın “Servena Zvezda” komandası ilə oyundan qayıdırdı. Qeyd edək ki, 2 oyunun nəticəsinə görə “MY” mərhələ adlamışdı.
Hadisənin baş vermə anı
Belqraddan Mançesterə birbaşa uçmaq imkanı olamdığından, pilotlar Ceyms Teyn və Kennet Reyment təyyarənin yanacaq ehtiyatını təmin etmək üçün Münhen hava limanına enir . Həmin prosesdən sonra uçuş üçün 2 cəhd yerinə yetirilir. Lakin təyyarənin sol mühərrikində problem aşkarlanır.
Yaranmış problemə görə onlara gecəni Münhendə keçirmək təklif olunur.
Amma kapitan Ceyms Teyn uçuş qrafikini pozmaq istəmir və razılaşmır. Uçuş üçün 3-cü cəhdi edir.
O gün Münhenə güclü qar yağırdı. Yağan qar təyyarənin mühərriklərini sıradan çıxarır. Bu zaman təyyarə partlayır və nəticədə 44 sərnişindən 21-i elə hadisə yerindəcə həlak olur.
Həyatini itirən “Mançester Yunayted” futbolçuları:
Rocer Börn (28), Eddi Kolman (21), Mark Cons (24), David Pegg (22), Tommy Taylor (26), Cef Bent (25), Liam Uhelan (22) və Dunkan Edvards (21).
Klub katibi Valter Krikmer, məşqçi Tom Kerri və məşqçi Bert Ualley.
8 jurnalist dünyasını dəyişdi
“Mançester Siti”nin keçmiş oyunçusu daha sonra jurnalist kimi fəaliyyət göstərən Alf Klark, Tom Cekson, Don Devis, Corc Fellous, Arçi Ledbruk, Erik Tompson, Henry Rose, Frank Svift.
Təyyarə kapitanı Ken Rayment, tur-agent Bel Miklos və ekipaj üzvü Tom Kabel də dünyasını dəyişənlər içərisində olub.
Mançesterdə hər il fevralın 6-sı “Old Trafford” stadionunun daxilində və ətrafında bu faciə ilə əlaqədar mərasimlər keçirilir və mərhumların xatirələri yad edilir.
Arenanın cənub- şərq küncündə əqrəbləri 15:30-u göstərən xüsusi Münhen saatı quraşdırılıb. Bu da qəzanın baş verdiyi vaxtı xatırladır.
Aygün İlqarqızı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ