“Fənərbaxça”nın ulduzu karyerasını bitirdi
Bizi izləyin

İdman

“Fənərbaxça”nın ulduzu karyerasını bitirdi

“Fənərbaxça”nın ulduzu karyerasını bitirdi

"Fənərbaxça"nın holland ulduzu Dirk Kuyt milli komandanın baş məşqçisi Quus Hiddinklə görüşdükdən sonra millidəki karyerasını başa vurduğunu bildirib.

Publika.az xəbər verir ki, futbolçu bunun səbəbini baş məşqçinin mövqeyi ilə əlaqələndirib:

“Hiddinklə görüşdə Hollandiya millisində çıxış etdiyim təqdirdə komandada önəmli rol almağımı istədim. Baş məşqçi mənə belə vəzifə üçün yaşlı olduğumu bildirdi. Səmimi davrandığı üçün ona təşəkkür edirəm. Nəticədə milli karyeramı başa vurdum. Geridə çox qürurlu 10 il buraxıram. Amma 2 il də çox yüksək enerji ilə oynaya bilərdim”.

Quus Hiddink də futbolçunun qərarına hörmət etdiyini və millidəki əməyinə görə ona minnətdarlığını bildirib. Təcrübəli mütəxəssis Van der Saar nümunəsini xatırladaraq, Kuyt fikrini dəyişəcəyi halda, onu yenidən milliyə dəvət edəcəyini bildirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm