• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avropanın ən qəddar futbol fanatları: “Qəbirqazanlar” - FOTOLAR

  • İdman
  • 20 Oktyabr 2014 09:56
  • 690 Baxış
Avropanın ən qəddar futbol fanatları: “Qəbirqazanlar”  - FOTOLAR

Hazırda Avropanın ən çılğın futbol fanatları nə britaniyalılar, nə italyanlar, nə də türklərdir. Son illər köhnə qitədə idarəolunmaz və qəddar fanatlara görə liderlik serblərdədir.

İstənilən futbol matçını dayandırmaq, iğtişaşlar törətmək onlar üçün adi işdir. Elə bir neçə gün əvvəli yada salaq.

2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatı çərçivəsində Albaniya ilə keçirilən matçda serb fanatlar stadionu fişəng atəşinə tutdular. Sonra isə tribunalardan aşağı düşərək alban futbolçulara hücum etdilər.

Publika.az serb futbol fanatları ilə bağlı maraqlı faktları təqdim edir.

Sebiyada bu və ya diğər komandaların fanatları hətta stadiondakı tribunalara da ad verirlər. Odur ki ultrafanatları təkcə azarkeşlik etdiyi klublar yox, həm də tribunalar birləşdirir.

Bunların arasında ən tanınmışlarını sıralayaq:

Delije Sever “Sevena Zvezda” klubu, Belqrad

Grobari “Partizan” klubu, Belqrad

United Force – “Rad” klubu, Belqrad

Plava Unija – “OFQ” klubu Belqrad

Taurunum Boys – “Zemun” klubu, Belqrad

Invalidi – “Vojdovaç” klubu, Belqrad

Firma “Vayevodina” klubu, Novi-Sad

Marinci – “Spartak” klubu, Subotiça

Crveni Đavoli – “Radniçki” klubu, Kraquevaç

Meraklije – “Radniçki” klubu, Niş

Freedom Fighters –“Sloboda” klubu, Ujiçe

Serbiyada ilk fanat qrupu “Qrobari “sayılır. Bunlar Belqrad “Partizan”ının fanatlarıdır. Fan klubun əsası 1970-ci ildə qoyulub.

“Qrobari” serb dilindən tərcümədə qəbirqazan mənasını verir.

Stadionda “Partizan” fanatlarının tribunası cənub sektorunda yerləşir. “Qəbirqazanlar” o biri fan klublara baxanda daha anarxist və idarəolunmazdırlar. Nəinki başqa klubların fanatları ilə, elə öz aralarında da tez-tez qanlı davalar düşür.

Fan-klubun içində kiçik qruplar var ki, bir-biriləri ilə düşmənçilik edirlər. Qruplaşma üzvləri aktiv idmanla, əsas da əlbəyaxa idman növləri ilə məşğul olur. Başqa fanatlarla davaya girərkən bu, onlara əlavə üstünlük verir.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR