“Komando”dan növbəti xuliqanlıq: həkimə xəstəxanada yumruq vurdu – FOTO
Bizi izləyin

İdman

“Komando”dan növbəti xuliqanlıq: həkimə xəstəxanada yumruq vurdu – FOTO

"Trabzonspor" klubunun formasını geyinən “komando” ləqəbli Aykut Demir yenə medianın gündəminə düşüb.

Publika.az-ın verdiyi məlumata görə, müdafiəçi haqqında bu dəfə də xuliqanlıq iddiası irəli sürülüb. Belə ki, Aykutun xəstəxanada həkimə yumruq vurduğu iddia edilir.

Bacısını müayinə etdirən futbolçu analiz nəticələrini gözləmədən məlumat almaq istəsə də, həkim bununla razılaşmayıb. Nəticədə, tibb personalı ilə əlbəyaxa olan Aykut oranı tərk edib.

Xatırladaq ki, sentyabrın 2-də "Trabzonspor"un oyunçusu silahdan istifadə etdiyinə görə də ittiham olunmuşdu.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm