“Qalatasaray”ın oyunçusu meydanda qan qusdu
Bizi izləyin

İdman

“Qalatasaray”ın oyunçusu meydanda qan qusdu

“Qalatasaray”ın oyunçusu meydanda qan qusdu

“Qalatasaray Liv Hospital” basketbol klubunun amerikalı ulduzu Henri Domerkant “TOFAŞ” matçında ağır zədə alıb.

Publika.Az xəbər verir ki, sinəsinə vurulan dirsək zərbəsindən sonra qan qusmağa başlayan Domerkant təcili yardımla xəstəxanaya aparılıb

Ulduz basketbolçunun tomoqrafiyasının çəkilib. Çünki həkimlər daxili qanaxmanın ola biləcəyindən şübhələnirdilər.

Tomoqrafiya çəkilişindən sonra basketbolçunun qabırğasında qırıq və ya daxili qanaxmanın olmadığı məlum olub. Domerkantın vəziyyətinin yaxşı olduğu və “Galatasaray”ın növbəti matçında meydanda ola biləcəyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm