2018 Dünya Çempionatının loqotipi hazırlandı - FOTO
Bizi izləyin

İdman

2018 Dünya Çempionatının loqotipi hazırlandı - FOTO

Futbol üzrə 2018-ci ildə Rusiya təşkil olunacaq dünya çempionatının loqotipi təqdim olunub.

Publika.az xəbər verir ki, təqdimetmə mərasimində FİFA prezidenri Yozef Blatter, qurumun baş katibi Jerom Valke, Rusiyanın İdman Naziri Vitali Mutko və 2006-cı il dünya çempionu Fabio Kannavaro iştirak ediblər.

Loqotipdə əsasən Rusiya bayrağındakı rənglərdən istifadə olunub.

"Bu loqotip dünya çempionatının və Rusiyanın meydan sahibi ölkəsi kimi unikal xüsusiyyətlərini özündə cəmləşdirir" - deyə Blatter bildirib.

Turnir Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Samara, Saransk, Rostov-na-Donu, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijniy Novqorod və Yekaterinburqda - keçiriləcək.

Qeyd edək ki, 2014 Dünya Çempionatının qalibi Almaniya olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm