Azərbaycan millisinə Brazilyalı məşqçi gətirilir
Bizi izləyin

İdman

Azərbaycan millisinə Brazilyalı məşqçi gətirilir

Təcrübə mübadiləsi məqsədilə Azərbaycandan güləş üzrə məşqçi Braziliya milli komandasına, idmanın müxtəlif növləri üzrə bu ölkədən olan məşqçilər isə respublikamıza dəvət ediləcək.

Pubika.az xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelon AzərTAc-a müsahibəsində deyib.

A.Rebelon Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı Fəaliyyət Planının imzalanmasının əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. Nazir idmanın müxtəlif növləri üzrə qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərinin əhəmiyyətini yüksək qiymətləndirən braziliyalı nazir qeyd edib ki, 2016-cı ildə XXXI-ci Yay Olimpiya Oyunlarının Rio-de-Janeyroda keçirilməsi, 2015-ci ildə isə Bakıda birinci Avropa Oyunlarının təşkili iki ölkənin birgə layihələr həyata keçirəcəyini göstərir.

Ölkəmizin idman sahəsində qazandığı uğurlardan danışan A.Rebelon bildirib ki, Azərbaycan istənilən mötəbər beynəlxalq tədbirə ev sahibliyi edə bilər. Qonaq qeyd edib ki, 2015-ci ildə birinci Avropa, 2017-ci ildə isə İslam Həmrəyliyi oyunları kimi beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinin Bakıya həvalə olunması Azərbaycanın idman ölkəsi kimi tanınmasının daha bir mühüm göstəricisidir.

Bakıda qonaqpərvərliklə qarşılandığını vurğulayan nazir Azərbaycanda çoxlu saytda idman kompleksinin fəaliyyət göstərməsini yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm