Tənqid, yoxsa təhqir? – “Bununla bağlı şərh vermək düz olmaz”
Bizi izləyin

İdman

Tənqid, yoxsa təhqir? – “Bununla bağlı şərh vermək düz olmaz”

Avroliqanın qrup mərhələsində "Qarabağ"ın doğma meydanda "Dnepr"ə 1:2 hesabı ilə uduzması barədə xəbərlər çox yazıldı.

“Qarabağ”a “yaxşı oyun göstərdi” deyənlər də oldu, tənqid edənlər də…

Rəqib “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç “Qarabağ”ı güclü komanda olaraq təqdim etmişdi. Təmsilçimizə qarşı mübarizənin heç də asan olmadığını qeyd etmişdi:

“Qarabağ” adi komanda deyil. Kiyevdəki oyundan sonra "Qarabağ"ın xoşuma gəldiyini açıqlamışdım. Onlara qalib gəlmək asan deyildi. Bu komanda hətta Çempionlar Liqasının qrup mərhələsinə düşməyə də çox yaxın idi. Təşkilatlanmış komandadır. Bunu bu gün keçirilən qarşılaşma da bir daha sübut etdi. Biz bu dəfə Kiyevdəkindən daha yaxşı oynadıq. Gərgin oyun alındı”.

Dediyimiz kimi tənqid edənlər də az olmayıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında tənqidə normal baxdığını deyib. Ancaq bəziləri ilə razı qalmadığını, onları anlamadığını bildirib. Çünki Qurbanov onların bəzilərinin tənqid xarakterli olmadığını düşünür:

“Deyilənlərin bəzisi tənqidi xarakter daşıyırdı. Bəzən komandanı heç nəyə görə tənqid edirlər. Sən necə tənqid edə bilərsən – axı taktikadan, məşqçinin futbolçulara tapşırığından xəbərin yoxdur? Belə insanları anlaya bilmirəm”.

Təcrübəli mütəxəssis, hazırda işsiz olan məşqçi Elxan Abdullayev Qurban Qurbanov kimi düşünür:

“Qarabağ"ın oyunu ilə bağlı şərh vermək düz olmaz. Bu işə klubun məşqçi heyəti baxmalıdır. Çünki biz çox şeydən xəbərdar deyilik. Bilmirik ki, oyunçuların vəziyyəti necə idi, onlara nə tapşırıldığını bilmirik. Buna görə də, şərh verməyimiz düzgün olmaz. Ümumi baxımdan götürsək, "Qarabağ" pis təsir bağışlamadı, rəqibdən heç nədə geri qalmadı”.

Məlumat üçün bildirək ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" UEFA reytinqində 2014/2015-ci mövsümünün göstəricilərinə görə 239 komandanın yer aldığı reytinq cədvəlində 61-ci pillədədir. Ağdam klubu cari göstəricilərinə görə "Real Sociedad", Zaqreb "Dinamo"su, "Krasnodar", "Olimpik Lion", PSV, "Kopenhagen" kimi Avropa təcrübəsi olan klubları qabaqlayır. Ümumi reytinq cədvəlində isə "Qarabağ" 454 komandanın yer aldığı reytinq cədvəlində 164-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın noyabrın 27-i, Fransada "Sent-Etyen"in qonağı olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm