Acı etiraf: "Çox vaxtım qalmayıb"
Bizi izləyin

İdman

Acı etiraf: "Çox vaxtım qalmayıb"

“Barselona” klubunun canlı əfsanəsi Xavi Hernandez Kataloniyanın "TV3" kanalına müsahibə verib.

Təcrübəli oyunçu yayda klubu tərk etməməsinin səbəblərini mediaya açıqlayıb. Katalon futbolçu həm də karyerasını bitirdikdən sonra öz üzərində işləyib məşqçi olmaq istədiyini deyib. Futbolçu karyerasının başa çatmasına az vaxt qaldığını təəssüf hissi ilə qeyd edib:

"Düşünürdüm ki, "Barselona"dan getməyin vaxtıdır. Amma sonda kluba olan hisslərim qalib gəldi. Əsas rolu isə klubun idman direktoru Andoni Zubizaretta oynadı. Mənim 34 yaşım var, yanvarda yaşımın üstünə bir yaş da gələcək. Təəssüf ki, futbolçu kimi çox vaxtım qalmayıb. Karyeramın son illərində futbolçu kimi oyundan maksimum həzz almaq istəyirəm. Daha sonra məşqçi kimi futbol biliyimi artırmaq və ingilis dilini öyrənmək istəyirəm. Gələcəyimin necə olacağını dəqiq bilmirəm. Amma futbol fəaliyyətimi "Barselona"da davam etdirmək istərdim".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm