“Ən yaxşı qapıçı” adına namizədlər açıqlandı
Bizi izləyin

İdman

“Ən yaxşı qapıçı” adına namizədlər açıqlandı

FIFA FIFPro ilə birlikdə 2014-cü ilin ən yaxşı futbolçularından ibarət komandaya düşə biləcək 5 namizədin adını açıqlayıb.

Ən yaxşı qapıçı kimi namizədlər siyahısında Klaudio Bravo ("Barselona"), Canluici Buffon ("Yuventus"), İker Kasilyas ("Real"), Маnuel Noyer ("Bavariya") və Tibo Kurtua ("Çelsi") yer alıb.

Publika.az xəbər verir ki, noyabrın 26-da müdafiəçilər, 28-də yarımmüdafiəçilər və nəhayət, dekabrın 1-də hücumçular arasından olan namizədlərin də adları açıqlanacaq.

Qeyd edək ki, səsvermədə dünyanın 10 minlərlə peşəkar futbolçusu iştirak edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm