"Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq"
Bizi izləyin

İdman

"Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq"

"Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq. AZAL layiqli qələbə qazandı, mən rəqibi təbrik edirəm".

Publika.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 14-cü turunda məğlub olduqları AZAL-la oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.

A.Məmmədov komandasının müdafiə xəttində problemlərin olduğunu bildirib: "Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətt ilə bağlıdır. Biz hesabda irəlidə olduğumuz vaxtda adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm