Sabotajda günahlandırdı - O isə...
Bizi izləyin

İdman

Sabotajda günahlandırdı - O isə...

"Everton"un qapıçısı Tim Hovard "Qapıçı" adlı avtobioqrafik kitabını təqdim edib. Hovard həmvətəni və veteran oyunçu Bred Fridel haqqında maraqlı iddia ortaya atıb.

Publika.az-ın məlumatına görə, o bildirib ki, 2003-cü ildə "Mançester Yunayted"ə transfer olunmasına Fridel çox mane olmağa çalışıb.

Şimali Amerika Liqasında mübarizə aparan "Nyu York Red Bulls"dan (köhnə adı ilə "Metrostars") mankunianların heyətinə cəlb olunan Hovard daha sonra "Everton"a keçib.

Hovard kitabında belə yazıb:

"MY"də öyrəndim ki, Fridel mənə şərh verməkdən boyun qaçırıb. Elə bildim ki, mənimlə zarafat edirlər. Fridel Premyer Liqada çıxış edən məşhur amerikan futbolçulardan biri idi. Onun böyük nüfuzu var. Düzdür, özündən bununla bağlı bir neçə dəfə soruşdum. Ancaq o inkar etmişdi. Amma niyə mənim üçün zəmanət verməyib? Həmyerlisinə kim belə sabotaj edər?"

"ESPN"-ə açıqlama verən Bred Fridel isə milli komanda yoldaşının iddiasına belə reaksiya verib:

"Tamamilə boş söhbətdir. Düzünü deyim ki, Hovardın üzr istəməsini gözləyirəm. İndi onun kitabının çapını əngəlləyə bilmərik. Mənəvi zərərə görə təzminat da istəmirik. Sadəcə üzr istəsin, bəs edər. Heç kimi sabotaj etməmişəm. Hovarda karyerasını qurmaqda problem yaratmamışam".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm