“İnter” Bakıya zəif heyətlə gəlir
Bizi izləyin

İdman

“İnter” Bakıya zəif heyətlə gəlir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “İnter” aparıcı futbolçuların bir neçəsini Bakıya gətirməyəcək.

Publika.az xəbər verir ki, qrup liderliyini təmin edən “İnter”in baş məşqçisi Roberto Mançini “Qarabağ”la qarşılaşmada əsas heyətin 7 oyunçusunun xidmətindən yararlanmayacaq. İtalyan məşqçi onlar üçün heç bir əhəmiyyət daşımayan Bakıdakı oyun zamanı aparıcı futbolçularına istirahət vermək istəyir.

Bu səbəbdən də o, Samir Handanoviçi, Andrea Ranokkyanı, Juan Jesusu, Yan Mvilanı, Yuto Naqatomonu, Mateo Kovaçiçi və Rodriqo Palasionu Azərbaycana gətirmək istəyindən vaz keçib. “İnter”in İtaliya çempionatında işləri qaydasında olmadığından, Mançini aparıcı futbolçularını yorğunluqdan və yersiz zədədən qorumaq niyyətindədir.

“Qarabağ” - “İnter” oyunu dekabrın 11-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm