“Milan” daha “San-Siro”da oynamayacaq
Bizi izləyin

İdman

“Milan” daha “San-Siro”da oynamayacaq

“Milan” yeni stadion tikmək qərarına gəlib.

Publika.az xəbər verir ki, “rossonyerlər” yeni stadion tikməklə “İnter”lə ortaq istifadə etdikləri “San-Siro” stadionundan ayrılmaq istəyir.

Bu barədə yerli mətbuata klubun idman direktoru Barbara Berluskoni məlumat verib. O, yeni stadionun tikintisinin 2015-ci ildə başlayıb, 2020-ci ildə yekunlaşacağını bildirib.

Berluskoni yeni stadion tikintisinə rəğmən, 1926-cı ildən klubun ev oyunlarını keçirdiyi “San-Siro”nun bütün “rossonyerlər”in ürəyində əbədi qalacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm