Qurban Qurbanov oyunçularından razıdı
Bizi izləyin

İdman

Qurban Qurbanov oyunçularından razıdı

Qurban Qurbanov "Neftçi" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Publika.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi futbolçularından razı qalıb:

"Yaxşı oyun alındı. Hər iki komanda intizamlı oyun sərgilədi. Sona qədər sakit çıxış edən futbolçularımdan razı qaldım. Qarşıda bizi “İnter”lə matç gözləyir. Futbolçuları bu qarşılaşmaya hazırlamağa çalışacağıq. “Neftçi” ilə oyunda 1 xal qazandıq. Hər bir futbolçu tapşırıqları yerinə yetirdi. Qol imkanları yaratdıq. Sadəcə, imkanlardan istifadə etmək mümkün olmadı. Rəqibi də nəzərə almaq lazımdı. “Neftçi” sıradan bir rəqib deyil. Düşünürəm ki, oyunu istədiyimiz kimi sona çatdırmaq üçün daha təmkinli olmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm