Peyntbolçular Heydər Əliyev zirvəsinə yürüş etdi
Bizi izləyin

İdman

Peyntbolçular Heydər Əliyev zirvəsinə yürüş etdi

Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibəti ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil edilən yürüşə Azərbaycan Respublikası Peyntbol Federasiyası da qoşulub.

Peyntbolçular Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

Yürüşdə Peyntbol Federasiyasının birinci vitse prezidenti Nadir Adilov, Federasiyanın Baş katibi Əli Fərzəliyev, baş məşqçi Nicat İskəndərov, koordinatorlar Cəmilə Abdullayeva, Emil Babayev iştirak edib.

Heydər Əliyev zirvəsində Azərbaycan Respublikasının bayrağı ilə yanaşı, Peyntbol Federasiyasının bayrağı Ümummilli Lider Heydər ƏIliyevin xatirəsinə ehtiram əlaməti olaraq dalğalandırılmışdır. Peyntbolçular zirvəyə yürüş edən digər yürüşçülərlə birlikdə Azərbaycan Respublikasının dövlət himnini ucadan oxuyaraq Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Zirvəyə yürüş edən Peyntbol Federasiyasının nümayəndələri bu gün Fəxri Xiyabanı da ziyarət edərək Ümummilli Liderin xatirəsini yad ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm