Millimizin qapıçısı Almaniyaya dəvət olundu
Bizi izləyin

İdman

Millimizin qapıçısı Almaniyaya dəvət olundu

"Neftçi" futbol klubunun və milli komandamızın qapıçısı Emil Balayev Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzalayıb.

"Neftçi" Futbol Klubundan Publika.az-a verilən məlumata görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş E.Balayev adıçəkilən komandanın şərəfini qoruyacaq.

Gənc qapıçı dekabrın 14-ü “Neftçi” - “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq.

Qeyd edək ki, “Neftçi” artıq Aqil Məmmədovla müqavilə imzalayıb. Müqaviləyə əsasən, qapıçı 2016-cı ilin yayına kimi “Neftçi”nin şərəfini qoruyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm