Ronaldonun başını yardılar - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldonun başını yardılar - FOTOLAR

Ronaldonun başını yardılar

İspaniya "Kral Kuboku"nda "Atletiko"nun qonağı olan "Real"ın futbolçusu Kriştiano Ronaldo xoşagəlməz halla üzləşib. Publika.az xəbər verir ki, portuqaliyalı ulduzun başına alışqan atıblar.

Belə ki, matçın fasiləsində paltardəyişmə otağına yollanan zaman, azarkeşlərdən biri alışqanı Ronaldonun başına çırpıb. Nəticədə bir qədər yerdə qalan futbolçu həkimlərin müdaxiləsindən sonra paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, "Atletiko" - "Real" matçının ilk yarısı qonaqların 2:0 üstünlüyü ilə bitib. Hər iki qola penaltidən Ronaldo imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm