Rövnəq Abdullayev UEFA rəsmisiylə “Qarabağ”ın oyununu müzakirə etdi
Bizi izləyin

İdman

Rövnəq Abdullayev UEFA rəsmisiylə “Qarabağ”ın oyununu müzakirə etdi

UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya birgünlük səfərə gəlib.

Publika.az xəbər verir ki, qitənin ali futbol qurumunun rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Görüşdə AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ" - "İnter" oyunu müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da görüşdə iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm