“Biz evli cütlük kimiyik"
Bizi izləyin

İdman

“Biz evli cütlük kimiyik"

“Bavariya”nın oyunçusu Frank Riberi maraqlı açıqlaması ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, o, komandasına bağlı bir futbolçu olduğunu deyib. Ancaq müsəlman futbolçu gələcəkdə başqa klubun formasını geyinə biləcəyini də bildirib:

“Artıq 8 ildir ki, bu komandadayam. Biz - "Bavariya" ilə mən evli cütlük kimiyik. Oğlum burada anadan olub. Qızlarım burda böyüyüb. Uşaqlarım almanca məndən də yaxşı danışırlar. Lakin onu qeyd edim ki, Avropanın başqa klublarında və ya ABŞ, Qətər kimi ölkələrdə də oynayıb, yeni təcrübələr əldə etmək istəyirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm