Nurlan İbrahimovun "Qarabağ"dan "qovulması" məsələsinə aydınlıq gəldi
Bizi izləyin

İdman

Nurlan İbrahimovun "Qarabağ"dan "qovulması" məsələsinə aydınlıq gəldi

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun işdən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb.

Məsələyə aydınlıq gətirmək üçün klubun icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Publika.az-a açıqlama verən icraçı direktor xəbərin doğru olmadığını bildirdi. O, Nurlanın işinin başında olduğunu vurğuladı:

“Nurlan klubdan uzaqlaşmayıb. O, işinin başındadır. Mətbuatda yayılan xəbərlər doğru deyil. Bizim Nurlanla vidalaşmaq fikrimiz yoxdur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm