"Qarabağ" qalib gəldi, "Neftçi" uduzdu
Bizi izləyin

İdman

"Qarabağ" qalib gəldi, "Neftçi" uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına yekun vurulub.

Publika .az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma olub.

əvvəlcə “Sumqayıt” doğma meydanda “Qəbələ”ni sınağa çəkib.

Oyunun ilk hissəsində qol qeydə alınmayıb. 66-cı dəqiqədə isə ev sahibləri hesabı açıblar - Məhəmməd Qurbanov fərqlənib.

Matçın əsas vaxtına 3 dəqiqə qalmış Cavid Hüseynov penalti zərbəsini dəqiq yetirməklə hesaba tarazlıq gətirib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

Lənkəranda "Xəzər Lənkəran" və "Qarabağ" klubları qarşılaşıblar.

7-ci dəqiqədə Muarem Muarem Ağdam təmsilçisini önə keçirib. 10 dəqiqə sonra "Qarabağ"ın digər oyunçusu Qara Qarayev də fərqlənib, lakin oyunçu qapıların yerini səhv salıb - avtoqol.

56-cı dəqiqədə Sadio Tounkara lənkəranlıları sevindirib. Lakin bu sevinc cəmi 7 dəqiqə davam edib - M.Muarem dubla imza atıb - 2:2.

Bu da son olmayıb. 79-cu dəqiqədə Bədavi Hüseynov "Qarabağ"ın qələbə qolunu vurub - 2:3.

Paytaxt derbisində isə “İnter” və “Neftçi” üz-üzə gəliblər. Birinci hissənin son dəqiqələrində Nikolas Kanales fərqlənib.

64-cü dəqiqədə Franka Nildo hesabı bərabərləşdirib. 7 dəqiqə sonra Məhəmməd Mirzəbəyov "bankçılar"ı irəli salıb - 2:1.

Beləliklə, "Qarabağ" 15 oyundan 31 xalla turnir cədvəlində lider mövqeyini möhkəmlədib. "İnter" 28 xalla ikinci pilləyə yüksəlib, "Neftçi" isə 26 xalla üçüncüdür.

Qeyd edək ki, "Simurq"un istirahət etdiyi bu tura "Bakı" - AZAL (1:3) matçı ilə start verilmişdi.

18 dekabr

15:00. “Sumqayıt” – “Qəbələ” 1:1

Qol: M.Qurbanov,66 - Cavid Hüseynov, 87

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov

“Kapital Bank Arena”

17:00. “Xəzər Lənkəran” – “Qarabağ” 2:3

Qollar: Qara Qarayev - avtoqol, 17, Sadio Tounkara, 56 - Muarem Muarem, 7, 63, Bədavi Hüseynov, 80

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev

“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “İnter” – “Neftçi” 2:1

Qollar: Franko Nildo, 64, Məhəmməd Mirzəbəyov, 71 - Nikolas Kanales, 41

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev

“İnter Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm