Əfsanəvi kapitana vida oyunu keçiriləcək
Bizi izləyin

İdman

Əfsanəvi kapitana vida oyunu keçiriləcək

"Barselona" əfsanəvi kapitanı Karles Puyol üçün vida oyunu keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə klubun prezidenti Xosep Bartomeu məlumat verib. Prezident bildirib ki, qarşılaşmanın nə vaxt və hansı komanda ilə keçiriləcəyi hələ məlum deyil:

"Puyol buna layiqdi. O, klubun böyük oyunçularından biridi. Bu məsələni müzakirə etmişik, qalır təkcə tarixi dəqiqləşdirmək".

1999-cu ildən "Barselona"da çıxış edən Puyol karyerasını ötən mövsümün sonunda bitirdi. O, hazırda "Barsa"da idman direktorunun köməkçisi kimi çalışır.

Müdafiəçi "Barselona"nın heyətində altı dəfə İspaniya çempionu olub, üç dəfə Çempionlar Liqasını qazanıb. Puyol İspaniya millisinin heyətində dünya və Avropa çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm