O, seçimini etdi - “Öz hüququmdan istifadə edib...”
Bizi izləyin

İdman

O, seçimini etdi - “Öz hüququmdan istifadə edib...”

Məlum olduğu kimi, bu gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.

Səsvermədə idmançılar, idman adamları da iştirak edib. Belələrindən biri də futbol üzrə millinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov olub.

O, Publika.az-a açıqlamasında öz namizədinə səs verdiyini bildirib:

“Seçkiyə səhər tezdən getmişdim. Səsvermədə mütləq iştirak etmək lazımdır. Mən də öz hüququmdan istifadə edib öz layiqli namizədimi seçdim”.

A.Mircavadov ölkədə keçirilən bütün seçkilərdə iştirak etdiyini də vurğuladı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm