İdman
Şübhəli dəyişiklik-Fariz Yusifov Əliyar Ağayevlə niyə əvəzlənib? - ÖZƏL
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Təyinatlar Peşəkar Futbol Liqasının rəsmi saytında da yerləşdirilib.
Publika.az xəbər verir ki, hakim təyinatlarında olduqca şübhəli olay baş verib. Belə ki, əvvəlcə PFL-in rəsmi saytında “Bakı”-“Neftçi” oyununa baş hakim kimi Fariz Yusifovun təyinat aldığı göstərilib.
Amma üstündən təximnən bir saat keçəndən sonra bu təyinatda dəyişiklik olub. Fariz Yusifov Əliyar Ağayevlə əvəzlənib.
Bu müəmmalı dəyişikliyin səbəbini araşdırmağa çalışdıq. AFFA-da çalşan şəxsin Publika.az-a verdiyi məlumata görə, dəyişiklik “Bakı” rəsmilərinin etirazından sonra baş verib.
Fariz Yusifov “Neftçi”nin hakimi kimi tanınır. O, “Neftçi”nin vitse-prezidenti, keçmiş hakim Tahir Süleymanovun tələbəsidi. “Bakı” rəsmiləri məhz bu amili qabardaraq Yusifovun başqa hakimlə əvəzlənməsini tələb ediblər.
PFL bu tələbin qarşısında duruş gətirə bilməyərək, onu Əliyar Ağayevlə əvəzləyib. Qeyd edək ki, Əliyar Ağayev də “Qarabağ”ın hakimi kimi tanınır.
Məsələyə tərəflərin də mövqeyini öyrənmək istədik. “Neftçi”nin mətbuat xidmətinin rəhəbi Gündüz Abbaszadə olaya belə reaksiya verdi: “Bizim üçün hakimin kim olmasının fərqi yoxdur. Kim olursa olsun, ədalətli oyun idarə etsin”.
PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev yas yerində olduğunu və olaydan xəbərsiz olduğunu bildirdi.
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə telefon zənglərimizi cavabsız qoydu.
Bütün hallarda, onların mövqeyini dinləməyə hazırıq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR