Ulduzdan fanatlarına xoş xəbər
Bizi izləyin

İdman

Ulduzdan fanatlarına xoş xəbər

Ulduzdan fanatlarına xoş xəbər

"Leykers” klubunun basketbolçusu Kobe Brayant bu mövsüm meydançaya qayıdacağına ümid edir.

Publika.Az xəbər verir ki, dizindən aldığı ciddi zədə üzündən bir müddət meydanlardan uzaq qalan NBA ulduzu qayıdacağını elan edib.

Lakin o önəmli matçlardan birini - fevralın 16-na planlaşdırılan “NBA stars” (“NBA-nın ulduzları”) matçını qaçırmalı olacaq. Kobe Brayant mətbuata belə açıqlama verib:

“Planlarım dəyişməyib və mən bu mövsümdə meydançaya qayıdacağam. Hər gün bərpa olmağa və əvvəlki vəziyyətimə qayıtmağa cəhd göstərirəm. Bu, mənim işimdir. Tezliklə zədəmin sağalmasını arzu edirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm