İdman
“Qanlı butsları muzeyə qoymaq lazımdır”
İngiltərə Liqa Kubokunun cavab oyunu çərçivəsində doğma meydanda "Liverpul"u qəbul edən "Çelsi" matçdan 1:0 hesablı qələbəylə ayrılaraq finala vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, oyundan sonra "zadəganlar"ın çalışdırıcısı Joze Mourinyo komandanın yeganə qoluna imza atan Branislav İvanoviçə tərif yağdırıb.
Portuqaliyalı mütəxəssis serb futbolçunu "Çelsi"nin akademiyasında oynayan gənc futbolçulara nümunə göstərib:
"Liverpul"la oyunda İvanoviçin qana bulanmış butsları "Çelsi"nin muzeyinə qoyulmalıdır. Klubun akademiyasında oynayan oyunçular həmin butsa baxıb görməlidirlər ki, meydanda necə mübarizə aparmaq lazımdır. Matçdan sonra Branislavın ayağında bir çox çapıq və yara var idi".
"Çelsi"nin Liqa Kubokunun finalındakı rəqibinə bu gün aydınlıq gələcək. "Tottenhem" ilk matçda 1:0 qalib gəldiyi "Şeffild Yunayted"in qonağı olacaq.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."