
Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığması
Ermənistanın Tsaxkadzor şəhərində keçiriləcək Dünya çempionatında
iştirakdan imtina edib.
Publika.az-ın məlumatına görə, çempionatda 10 güclü komanda iştirak
edir. Azərbaycan şahmatçıları 2013-cü ilin Avropa çempionatında
qazandıqları qələbə sayəsində iştirak hüququ qazanıblar.
Daha əvvəl Azərbaycan yığması dörd dəfə dünya komanda çempionatında
iştirak edib
Turnir aprelin 18-dən 29-dək davam edəcək.