Avropada futbol həyəcanı: “Real”ın fiaskosu, dramatik London derbisi və “Borussiya”nın qayıdışı
Bizi izləyin

İdman

Avropada futbol həyəcanı: “Real”ın fiaskosu, dramatik London derbisi və “Borussiya”nın qayıdışı

Həftəsonu Avropanın aparıcı çempionatlarında növbəti turun oyunları keçirilib. İspaniya və İngiltərədə azarkeşlər derbi həyəcanı yaşayıb. Elə İtaliya, Fransa və Türkiyədə də çempionluğu maraqlandıran oyunlar olub. Əvvəla, qısaca Almaniyadan danışaq.

Publika.az xəbər verir ki, 20-ci tur Bundesliqada Dortmund “Borussiya”sının qələbə qazanmasıyla əlamətdar oldu. “Sarı-qaralar” 5 oyundan sonra qələbə sevinci yaşadı.

İtaliyada “Yuventus” - “Milan” qarşılaşması maraqla gözlənilirdi. Amma qonaqların indiki vəziyyətdə çempiona müqavimət göstərmək gücündə olmaması üzə çıxdı. “Roma” isə 4 heç-heçədən sonra nəhayət ki, tilsimi qırdı və fevrala qələbəylə başladı. Maraqlıdır ki, “canavarlar” yanvarda da ilk oyunda qalib gəlmiş, sonrakı 4 qarşılaşmada “sülh bağlamışdı”.

İspaniya La Liqasında çempionluq mübarizəsi bir az gərginləşdi. Kadr problemiylə üzləşən “Real”ın qorxduğu başına gəldi. “Atletiko” Karlo Ançelottinin komandasını darmadağın etdi. Fürsətdən yararlanan “Barselona” isə Bilbaoda qol şousu göstərdi. “Qızıl top”suz qalan Lionel Messi bombardirlər yarışında Ronaldoya çatmaq üçün dəridən qabıqdan çıxır. Təsəvvür edin, argentinalı bir ay ərzində 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb.

Fransada turnir cədvəlinin zirvəsini maraqlandıran bir oyun vardı. O da heç-heçə başa çatdı. “Lion”un qonağı olan PSJ liderliyi ələ keçirmək şansından istifadə etmədi.

İngiltərədə London və Liverpul derbiləri diqqət mərkəzində oldu. “Everton”la “Liverpul” qolsuz heç-heçəylə barışsa da, londonlular azarkeşləri darıxmağa qoymadı. Son iki ayda Premyer Liqanın ən yaxşı iki komandası üz-üzə gəldi və Harri Keyn matçın qəhrəmanı oldu. “Tottenhem” “Arsenal”ı məğlub edərək turnir cədvəlində “Topçular”la yerini dəyişdi. “Mançester Yunayted” “Vest Hem”lə səfər matçında son saniyələrdə məğlubiyyətdən qurtuldu.

Türkiyədə turun mərkəzi qarşılaşması İstanbulda oynanıldı. “Trabzonspor”u qəbul edən “Fənərbaxça” doğma meydanda qələbə qazana bilmədi. Bundan yararlanan “Beşiktaş” səfərdə “Rizəspor”u məğlub etməklə liderliyi ələ keçirdi.

Bundesliqa, 20-ci tur

6 fevral

Şalke - Borussiya M 1:0

Barnetta, 10.

7 fevral

Köln - Paderborn 0:0

Maynts - Herta 0:2

Hegeler, 35-p. Beerens, 43.

Frayburq - Borussiya D 0:3

Roys, 9. Obameyanq, 57; 72.

Ştutqart - Bavariya 0:2

Robben, 41. Alaba, 51.

Volfsburq - Hoffenhaym 3:0

Dost, 2. de Bruyne, 28; 84.

Hamburq - Hannover 2:1

Marselo, 27-a/q. Yansen, 51 - Sobex, 66.

8 fevral

Verder - Bayer 2:1

Selke, 17. Yunusoviç, 30 - Çalhanoğlu, 43.

Auqsburq - Ayntraxt F 2:2

Klavan, 7. Bobadilla, 37 - Ayqner, 47. Meyer, 70.

* * *

A seriyası, 22-ci tur

7 fevral

Verona - Torino 1:3

Toni, 83 - Martinez, 32. Kualyarella, 50-p. El Kadduri, 92.

Yuventus - Milan 3:1

Teves, 15. Bonuççi, 3. Morata, 65 - Antonelli, 29.

8 fevral

Fiorentina - Atalanta 3:2

Basanta, 18. Diamanti, 76. Paskual, 89 - Zappakosta, 9. Boakye, 83.

Kalyari - Roma 1:2

Mpoku, 95 - Lyayiç, 38. Paredes, 85.

Empoli - Çezena 2:0

Makkarone, 30. Sinyorelli, 57.

Sampdoriya - Sassuolo 1:1

Eder, 9 - Akerbi, 2.

Napoli - Udineze 3:1

Mertins, 8. Qabbiadini, 21. Terau, 59 - a/q - Terau, 27.

İnter - Palermo 3:0

Quarin, 16. İkardi, 65; 88.

“Latsio” - “Cenoa” matçı bu gün keçiriləcək.

Dünən baş tutmalı olan "Parma" - "Kyevo" matçı isə Parmada davam edən kəskin hava şəraitinə görə qeyri-müəyyən vaxta təxirə salınıb.

* * *

La Liqa, 22-ci tur

6 fevral

Deportivo - Eybar 2:0

Lukas Peres, 52. İvan Kavalyero, 80.

7 fevral

Atletiko - Real 4:0

Tyaqo Mendes, 14. Saul, 18. Qrizmann, 67. Mancukiç, 89.

Vilyarreal - Qranada 2:0

Mayns, 30-a/q. Moreno, 92.

Levante - Malaqa 4:1

Barral, 26; 38-p; 62-p. Uçe, 75 - Xuanmi, 24.

Real Sosyedad - Selta 1:1

Aqirreçe, 8 - Nolito, 85.

8 fevral

Kordoba - Almeriya 1:2

Kartabia, 10 - Maykl, 61; 66.

Xetafe - Sevilya 2:1

Vasqes, 29-p. Pedro Leon, 85 - Kriçovyak, 66.

Espanyol - Valensiya 1:2

Serxio Qarsiya, 89 - Piatti, 62. Lopez, 85-a/q.

Atletik - Barselona 2:5

Mikel Riko, 59. Aduris, 66 - Messi, 16. Suares, 26. De Markos, 62-a/q. Neymar, 64. Pedro, 86.

“Elçe” - “Rayo Valyekano” oyunu bu gün keçiriləcək.

* * *

Liqa 1, 24-cü tur

6 fevral

Sent-Etyen - Lans 3:3

N Quemo, 18. Mollo, 57. Ərdinç, 83 - Tuzqar, 60; 69-p. Çavarriya, 77.

7 fevral

Renn - Marsel 1:1

Toyvonen, 27 - Okampos, 60.

Evyan - Bordo 0:1

Xazri, 11.

Monpelye - Lill 1:2

Kamara, 90 - Ro, 8. Markos Lopes, 53.

Bastiya - Mets 2:0

Kamano, 66. Budebuz, 79-p.

Kan - Tuluza 2:0

Privat, 17. Feret, 72-p.

Reyms - Loryan 1:3

Mukanco, 42 - Qassama, 49. Querreyro, 64. Jennot, 86.

8 fevral

Genqam - Monako 1:0

Levek, 51.

Nitsa - Nant 0:0

Lion - PSJ 1:1

Njie, 31 - İbrahimoviç, 69.

* * *

Premyer Liqa, 24-cü tur

7 fevral

Tottenhem - Arsenal 2:1

Keyn, 57; 86 - Özil, 11.

Aston Villa - Çelsi 1:2

Okore, 48 - Hazard, 8. İvanoviç, 66.

Lester - Kristal Pelas 0:1

Ledli, 55.

Mançester Siti - Hull Siti 1:1

Milner, 92 - Meyler, 35.

KPR - Sautqempton 0:1

Meyn, 93.

Suonsi - Sanderlend 1:1

Sunq-Yonq Ki, 66 - Defo, 42.

Everton - Liverpul 0:0

8 fevral

Bernli - Vest Bromviç 2:2

Barnes, 11. İnqs, 32 - Brunt, 46. İdeye, 67.

Nyukasl - Stok Siti 1:1

Kolbek, 75 - Krauç, 90.

Vest Hem - Mançester Yunayted 1:1

Kuyate, 49 - Blind, 92.

* * *

Superliqa, 19-cu tur

6 fevral

Başakşəhər - Karabükspor 2:2

Edin Viska, 25. Yalçın Ayhan, 87 - Cozef Akpala, 21. Abdu Traore, 93.

7 fevral

Sivasspor - Akhisar 2:0

Şaheşue, 67-p; 70.

Ərciyəsspor - Qaziantepsor 0:1

Çiko, 69.

Fənərbaxça - Trabzonspor 0:0

8 fevral

Balıkəsirspor - Konyaspor 0:1

Uğur İncəman, 79.

Mersin - Kasımpaşa 6:2

Velliton, 42; 76; 90. Abdul Xəlili, 58. Mitroviç, 85-p. Pedriel, 89 - Veysel Sarı, 63. Babel, 77.

Bursaspor - Gənclərbirliyi 3:1

Joşue, 66. Holmen, 90. Fernandao, 95 - Stanku, 21.

Rizəspor - Beşiktaş 1:2

Sercan Kaya, 62 - Sosa, 59. Demba Ba, 88-p.

“Əskişəhərspor” - “Qalatasaray” oyunu bu gün keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm