Kamran Ağayevin baş məşqçisi danışdı
Bizi izləyin

İdman

Kamran Ağayevin baş məşqçisi danışdı

Türkiyə kubokunun 1/8 final mərhələsində güclü rəqibi "Beşiktaş"ı mübarizədən kənarlaşdıran (1:0) "Kayserispor"un baş məşqçisi Ərtuğrul Seçmə oyunla bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, seçmə millimizin qapıçısı Kamran Ağayevin 90 dəqiqə forma geyindiyi oyunda komandasından razı qaldığını deyib:

"Azarkeşlərimizin önündə gözəl futbolla qələbə qazandığımıza görə şadam. Oyunçular verdiyim tapşırıqları tam yerinə yetirdilər. Gözəl oyun oldu. Turu keçdiyimizə görə sevincliyəm. "Beşiktaş"a Superliqada və Avropa Liqasında uğurlar arzulayıram".

Seçmə komandasının iddialarından da danışıb:

"Geniş heyətə malikik. Təcrübəli və səviyyəli oyunçularımızla birinci liqada çempion olmağı, kubokda isə ən azı finala çıxmağı qarşımıza hədəf qoymuşuq. Hazırkı heyətimiz bunu etməyə qadirdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm