• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

7 çempion, titulun hazırkı sahibi və bombardirlər – Avroliqa da başlayır

  • İdman
  • 19 Fevral 2015 13:44
  • 1 070 Baxış
7 çempion, titulun hazırkı sahibi və bombardirlər – Avroliqa da başlayır

Çempionlar Liqasının ardından bu gün Avropa Liqası da sükutu pozur. Qitənin ikinci dərəcəli klub turnirində 32 komanda 1/16 final mərhələsindən mübarizəyə başlayır. İlkin mərhələ keyfiyyətsiz komandaların süzkəcdən keçirilməsi rolunu oynayacaq.

Daha dözümlü, güclü və istəkli olanlar yoluna davam edəcək. Avroliqanın ÇL-dən maraqsız olduğunu deyənlərə bircə faktı xatırladacam. 32 komanda arasında 7 ölkə çempionu, titulun hazırki sahibi və oynadıqları çempionatlarda yüksək məhsuldarlıq nümayiş etdirən bombardirlər var. Daha sizə nə lazımdır? Təəsüf ki, pley-off “Qarabağ”sız başlayır...

Çempionlar iş başında

Yuxarıda qeyd etdiyimiz kimi, 1/16 finalda öz ölkəsinin son çempionu olan 7 klub mübarizə aparacaq. Bunlar “Anderlext” (Belçika), “Ayaks” (Hollandiya), “Zalsburq” (Avstriya), “Legiya” (Polşa), “Olimpiakos” (Yunanıstan), “Olborq” (Danimarka) və “Seltik”dir (Şotlandiya). Yeri gəlmişkən, Çempionlar Liqasının 1/8 final mərhələsində də eyni sayda ölkə çempionu var.

Köhnə “mogikan”ların dueli

Avropa Liqasının son qalibi “Sevilya” (2006, 2007, 2014) və Münhenqladbax “Borussiya”sı (1974, 1979) birlikdə beş dəfə bu turnirdə qələbə qazanıb. Odur ki, bu komandaların qarşılaşması böyük maraqla gözlənilir. Cari mövsümdə gözəl qollarla yadda qalan almanlar keçirdikləri 8 oyunun heç birində uduzmayıblar. Səfərdə 2 qələbə və 2 heç-heçə qeydə alınıb.

Yubilyarlar

Bu gün bir neçə futbolçu ad gününü yaşıl meydanlarda keçirə bilər. Münhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Kristof Kramer (24 yaşı tamam olur), “İnter”in hücumçusu Mauro İkardi (22) və “Atletik”in xavbeki Benyata (28) oyundaşlarından qələbə hədiyyəsi gözləyəcək. “Feyenoord”la ilk oyundan sonrakı gün isə “Roma”nın baş məşqçisi Rudi Qarsiya 51 yaşını qeyd edəcək.

Evə uzun yol var

Avropa Liqasının final oyunu mayın 27-də Varşavadakı “Milli stadion”da keçiriləcək. Pley-offda mübarizəyə “Ayaks”la başlayan “Legiya”nın da doğma arenadakı həlledici oyunda iştirak etmək şansı var. Niyə də olmasın? 2002-ci ildə “Feyenoord” kuboku elə doğma Rotterdamda qazanmışdı. Amma 2005-ci ildə “Sportinq” doğma divar amilindən yararlana bilməmişdi. Lissabonlular kuboku Moskva ÇSKA-sına vermişdi. Yeri gəlmişkən, “Legiya” “Seltik”lə birlikdə 1/16 final iştirakçıları arasında ən uzun yol qət edən komandadır – 12 oyun. Hər iki klub mübarizəyə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb.

Benitesin unikal hədəfi

“Napoli”nin baş məşqçisi Rafael Benites məşhur italyan mütəxəssis Covanni Trapattoninin unikal göstəricisini təkrarlamaq və üç dəfə UEFA kuboku/Avropa Liqasının qalibi olan ikinci baş məşqçi kimi tarixə düşmək niyyətindədir. İspan çalışdırıcı əvvəllər “Valensiya” (2004) və “Çelsi”ni (2013) uğura daşıyıb. Üçüncü cəhd üçün əvvəlcə “Napoli” “Trabzonspor”u məğlub etməlidir.

Yeri gəlmişkən, Rafa 1/16 finaldakı məşqçilər arasında turnirin yeni adla qalibi olan üç nəfərdən biridir. Digər qaliblər hazırda “Zenit”i çalışdıran Andre Villaş-Boaş (Portu, 2011) və “Sevilya”nın baş məşqçisi Unay Emeridir (Sevilya, 2014).

Bombardirlərin turniri

Qrup mərhələsinin ən sərrast oyunçusu Alan artıq Avropanı tərk edib. Braziliyalı forvard “Zalsburq”u qışda Çin klubuyla dəyişib. Odur ki, AL-2014/15 mövsümünün bombardiri adı açıq qalıb. Mübarizəni davam etdirən futbolçulardan dördünün aktivində 5 qol var. Bunlar Demba Ba (Beşiktaş), Qiyom Oaro (Yanq Boyz), Harri Keyn (Tottenhem) və Xonatan Sorianodur (Zalsburq).

Avropa Liqası, 1/16 final, ilk oyunlar

19 fevral

22:00 Yanq Boyz (İsveçrə) – Everton (İngiltərə)

İştirak ərizəsindəki dəyişikliklər

Yanq Boyz

Gələn: Taulyant Suleymanov (Rabotniçki, icarədən qayıdıb).

Gedən: Moreno Kostanso (Arau), Adrian Nikçi (Nürnberq).

Everton

Gələn: yoxdur.

Gedən: Samuel Eto'O (Sampdoriya), Kris Lonq (Brentford, icarə), Konor Makaleni (Kardiff, icarə), Metyu Penninqton (Koventri, icarə), Ben Maklaflin (Telford Yunayted, icarə).

22:00 Trabzonspor (Türkiyə) – Napoli (İtaliya)

İştirak ərizəsindəki dəyişikliklər

Trabzonspor

Gələn: Hakan Arıkan (Kayserispor, icarə), Özer Hurmacı (Kasımpaşa, icarə), Erkan Zengin (Əskişəhərspor).

Gedən: Onur Kıvrak, Fatih Öztürk, Avraam Papadopulos (Şanxay Şenxua), Mustafa Yumlu (Əskişəhərspor, icarə).

Napoli

Gələn: Manolo Qabbyadini (Sampdoriya).

Gedən: Miçu.

22:00 Roma (İtaliya) – Feyenoord (Hollandiya)

İştirak ərizəsindəki dəyişikliklər

Roma*

Gələn: Viktor İbarbo (Kalyari), Seydu Dumbiya (ÇSKA M), Nikolas Spolyi (Kataniya).

Gedən: Mattia Destro (Milan), Marko Borriello (Cenoa), Mikele Somma (Empoli), Kevin Strootman.

Feyenoord

Gələn: Erik Hermann.

Gedən: Ruben Sxaken (İnter Bakı), Metyu Steenvoorden (Dordrext, icarə), Uesli Verxuk (İqlz, icarə).

22:00 Volfsburq (Almaniya) – Sportinq (Portuqaliya)

İştirak ərizəsindəki dəyişikliklər

Volfsburq

Gələn: Patrik Oxs, Andre Şürrle (Çelsi), Çjan Siçje (Beyyzin Qoan).

Gedən: Mateuş Klix (Kayzerslautern), İvitsa Oliç (Hamburq).

Sportinq*

Gələn: Everton (Anji, icarə), Miqel Lopeş (Lion, icarədən qayıdıb), Dieqo Rubio (Sannes Ulf", icarədən qayıdıb).

Gedən: Karluş Şabi (Unian, icarə), Bernardu Karluş, Eldun Ramuş (Kordoba, icarə), Yuri Medeyruş (Aroka, icarə), Maurisio (Latsio, icarə), Rikardu Esqau (Akademika, icarə), Simeon Slavçev (Bolton), Uilson Manafa.

22:00 Dnepr (Ukrayna) – Olimpiakos (Yunanıstan)

İştirak ərizəsindəki dəyişikliklər

Dnepr

Gələn: Eqidio (Kruzeyro), Valeriy Fedorçuk (Volın, icarədən qayıdıb), Roman Bezus (Dinamo K).

Gedən: Mladen Bartuloviç, Vladimir Polevoy, İvan Striniç (Napoli).

Olimpiakos*

Gələn: Felipe Santana (Şalke), Matye Dossevi (Valansyen), Kostas Fortunis (Kayzerslautern).

Gedən: Erik Abidal (karyerasını bitirib), Andreas Buxalakis, Leandro Salino

22:00 Olborq (Danimarka) – Brügge (Belçika)

İştirak ərizəsindəki dəyişikliklər

Olborq

Gələn: Andreas Blumkvist (Myölbü).

Gedən: Seren Frederiksen (Reykyavik), Matias Vixmann (Viborq).

Brügge

Gələn: yoxdur.

Gedən: Fernando, Xonatan Blondel, Nikolas Kastilyo (Maynts, icarə), Valdemar Sobota (Sankt-Pauli, icarə).

22:00 Torino (İtaliya) – Atletik (İspaniya)

İştirak ərizəsindəki dəyişikliklər

Torino

Gələn: Luka Kastellatsi (İnter), Aleksander Farnerud, Maksi Lopes (Verona).

Gedən: Jan-Fransua Jiye (Kataniya), Marselo Larrondo (Tiqre, icarə), Antonio Noçerino (Milan, icarədən qayıdıb).

Atletik*

Gələn: yoxdur.

Gedən: Erik Moran (Leqanes, icarə), Kepa Arrisabalaqa (Ponferradina, icarə).

22:00 PSV (Hollandiya) – Zenit (Rusiya)

İştirak ərizəsindəki dəyişikliklər

PSV

Gələn: Fransua Marke (Standard, icarə), Erik Kuekel (Den Boş, icarə), Danni Vintens (Venlo).

Gedən: Naycel Bertrams, Zeus De La Paz, Florian Yozefzoon, Menno Kox (Breda, icarə).

Zenit*

Gələn: Ramil Şeydayev.

Gedən: Pavel Moqilevets.

00:05 Tottenhem (İngiltərə) – Fiorentina (İtaliya)

İştirak ərizəsindəki dəyişikliklər

Tottenhem

Gələn: yoxdur.

Gedən: Aron Lennon (Everton), Kayl Nouton (Suonsi).

Fiorentina

Gələn: Matias Fernandes, Mohamed Salah (Çelsi, icarə), Xoakin.

Gedən: Marko Marin (Anderlext), Xuan Kuadrado (Çelsi), Yasmin Kurtiç.

00:05 Genqam (Fransa) – Dinamo K (Ukrayna)

İştirak ərizəsindəki dəyişikliklər

Genqam

Gələn: Yannis Salibur (Klermon), Jülyen Kardi.

Gedən: Ladislas Dunyama.

Dinamo K

Gələn: Antuneş (Malaqa), Betao, Maksim Koval (Qoverla).

Gedən: yoxdur.

00:05 Sevilya (İspaniya) – Borussiya M (Almaniya)

İştirak ərizəsindəki dəyişikliklər

Sevilya

Gələn: yoxdur.

Gedən: yoxdur.

Borussiya M

Gələn: yoxdur.

Gedən: yoxdur.

00:05 Liverpul (İngiltərə) – Beşiktaş (Türkiyə)

İştirak ərizəsindəki dəyişikliklər

Liverpul*

Gələn: yoxdur.

Gedən: Cek Dann, Lloyd Cons (Çeltenhem), Oluvaseyi Odjo (Viqan), Suso (Milan).

Beşiktaş

Gələn: Tolqay Arslan (Hamburq), Daniel Opare (Portu, icarə), Aleksander Miloşeviç (AİK).

Gedən: Ümit Karal (Elazığspor, icarə).

00:05 Seltik (Şotlandiya) – İnter (İtaliya)

İştirak ərizəsindəki dəyişikliklər

Seltik

Gələn: Con Qvidetti, Stüart Armstronq (Dandi Yunayted), Qeri Makkey-Stiven (Dandi Yunayted).

Gedən: Yo-İnqe Berqet (Malmö), Filip Tvardzik (Bolton), Biram Kayal (Brayton), Stüart Findley (Dambarton, icarə), Con Xerron (Kaudenbit, icarə), Pol Makmallan (Stenhausmur", icarə).

İnter

Gələn: Xerdan Şaqiri (Bavariya, icarə), Davide Santon (Nyukasl, icarə), Corce Puşkaş.

Gedən: Rene Krin, İbraima Mbay, Yann M'Vila, Pablo Osvaldo.

00:05 Ayaks (Hollandiya) – Legiya (Polşa)

İştirak ərizəsindəki dəyişikliklər

Ayaks*

Gələn: Andre Onana (Barselona), Deyli Sinkqraven (Herenven).

Gedən: Lerin Duarte (Herenven, icarə), Ruben Liqeon (Breda, icarə), Stefano Densvil (Brügge).

Legiya

Gələn: Dominik Furman (Tuluza, icarə), Arkadiuş Malyaj (Belxatov), Mixal Maslovski (Zavişa).

Gedən: Kristian Belik (Arsenal), Lukaş Budzilek, Mateuş Xolovnya, Ronan.

00:05 Vilyarreal (İspaniya) – Zalsburq (Avstriya)

İştirak ərizəsindəki dəyişikliklər

Vilyarreal

Gələn: Erik Beyi (Espanyol, icarə), Joel Kempbell (Arsenal, icarə), Xose Manuel Qarsiya (Rekreativo, icarə).

Gedən: Qabriel Paulista (Arsenal), Xavyer Espinosa (Almeriya, icarə), Kani (Atletiko).

Zalsburq

Gələn: Marko Djuriçin (Şturm), Felipe Auqusto Rodriqes Pires, Takumi Minamino (Sereso Osaka).

Gedən: Alan (Quançjou Everqrand), Kevin Kampl (Borussiya D), Rodney (Leypsiq), Frans Şimer.

00:05 Anderlext (Belçika) – Dinamo (Rusiya)

İştirak ərizəsindəki dəyişikliklər

Anderlext*

Gələn: Liam Bossin, Rolandu (Portu), İdrissa Silla (Zulte-Varegem).

Gedən: Saşa Kleştan (Nyu-York Red Bullz), Viqor.

Dinamo Moskva

Gələn: yoxdur.

Gedən: Aleksandr Prudnikov (Amkar), Kristian Noboa (PAOK).

Qeyd: * - Çempionlar Liqasından gələnlər.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR