“Beşiktaş”ı öz müdafiəçiləri yıxdı, “İnter” yenə məğlub oldu
Bizi izləyin

İdman

“Beşiktaş”ı öz müdafiəçiləri yıxdı, “İnter” yenə məğlub oldu

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

“Beşiktaş” Belçikanın “Brügge” klubunu qəbul edib. İlk oyunda 2:1 hesabı ilə məğlub olan istanbullular doğma meydan amilindən yararlana bilməyiblər.

Oyunun birinci hissəsində “Beşiktaş”ın səyləri nəticəsiz qalsa da, 48-ci zərbədə Ramon Motta möhtəşəm zərbə ilə topu 9-luğa göndərib. 61-ci dəqiqədə Tom de Sutter hesabı bərabərləşdirib. Lakin qonaqlar meydan sahiblərinin müdafiədə ardıcıl səhvlərindən daha iki dəfə yararlanıblar: Bolinqoli-Mbombo dubla imza atıb – 1:3.

Beləliklə, iki oyunun nəticəsinə görə belçikalılar növbəti mərhələyə vəsiqə qazanıblar.

1/8 final mərhələsinin digər oyunlarının nəticələri isə belədir:

“Dinamo” (Moskva, Rusiya) – “Napoli” (İtaliya) - 0:0 (ilk oyun - 1:3)
“Roma” (İtaliya) – "Fiorentina” (İtaliya) - 0:3 (İlk oyun - 1:1)
“Dinamo” (Kiyev, Ukrayna) – Everton” (İngiltərə) - 5:2 (ilk oyun - 1:2)
“Ayaks” (Hollandiya) – "Dnepr” (Ukrayna) - 1:0 (ilk oyun - 0:1) – oyun davam edir
“İnter” (İtaliya) – "Volfsburq" (Almaniya) - 1:2 (ilk oyun - 1:3)
“Sevilya” (İspaniya) – “Vilyarreal” (İspaniya) - 2:1 (ilk oyun - 3:1)
“Torino” (İtaliya) – “Zenit” (Rusiya) 1:0 (ilk oyun - 0:2)

trend.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm