• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İdmançılar Prezidentə müraciət etdi

  • İdman
  • 31 Mart 2015 13:40
  • 636 Baxış
İdmançılar Prezidentə müraciət etdi

Azərbaycanın məşhur idmançıları – müxtəlif növlər üzrə olimpiya, dünya və Avropa çempionları şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi mərhum Vüqar Həşimovla bağlı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Publika.az sportpress.az-a istinadən xəbər verir ki, müraciətdə Azərbaycanda idmanın bütün növlərinin inkişafda olduğu, idmançılara dövlət səviyyəsində qayğı göstərildiyi qeyd olunub. Titullu idmançılar daim idmançıları diqqətdə saxlayan dövlət başçısına minnətdarlığını bildirib.

Ölkənin məşhur idmançıları dövlət başçısından mərhum Vüqar Həşimovun adının əbədiləşdirilməsinə köməklik göstərməsi üçün xahiş edib. Məktubda Bakı şəhərindəki küçələrdən birinə Vüqarın adının verilməsi, onun yaşadığı binanın üzərinə xatirə lövhəsinin vurulması, Respublika Şahmat Mərkəzinə onun adının verilməsi təklif olunur. Müraciətdə eyni zamanda Vüqarın adına Azərbaycanda Şahmat Akademiyasının açılması, onun xatirəsinə keçirilən turnirlərin ənənəvi hal alması xahiş edilir.

Qeyd edək ki, dövlət başçısına ünvanlanan müraciəti imzalayanlar arasında aşağıdakı idmançılar var:

Fərid Mansurov – yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu

Elnur Məmmədli – cüdo üzrə olimpiya və ikiqat Avropa çempionu

Toğrul Əsgərov – sərbəst güləş üzrə olimpiya çempionu, dünya çempionatının gümüş medalçısı

Nazim Hüseynov – cüdo üzrə olimpiya çempionu

Rövşən Bayramov – Yunan-Roma güləşi üzrə olimpiya oyunlarının ikiqat gümüş medalçısı, Avropa çempionu

Şəhriyar Məmmədyarov – şahmat üzrə gənclər arasında dünya çempionu, ikiqat Avropa çempionu, Avropa Kubokunun qalibi, beynəlxalq qrossmeyster

Teymur Rəcəbov – şahmat üzrə ikiqat Avropa çempionu, Avropa Kubokunun qalibi, beynəlxalq qrossmeyster

Eltac Səfərli – şahmat üzrə Avropa çempionu, beynəlxalq qrossmeyster

Zemfira Meftəhətdinova – stend atıcılığı üzrə dünya, Avropa və olimpiya çempionu, olimpiya rekordçusu

Qədir Hüseynov – şahmat üzrə Avropa çempionu, beynəlxalq qrossmeyster

Şərif Şərifov – sərbəst güləş üzrə olimpiya çempionu

Rauf Məmmədov – şahmat üzrə ikiqat Avropa çempionu, beynəlxalq qrossmeyster

Vüqar Rəsulov – beynəlxalq qrossmeyster

Sərxan Quliyev – beynəlxalq qrossmeyster

Rəsul İbrahimov – beynəlxalq qrossmeyster

Günay Məmmədzadə – qadınlar arasında beynəlxalq qrossmeyster

Həsən Əliyev – yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, Dünya Kubokunun qalibi

Emin Əhmədov – olimpiya oyunlarının bürünc medalçısı

Firdovsi Umudov – sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi

Cəbrayıl Həsənov – güləş üzrə Avropa çempionu

Anar Allahverdiyev – əməkdar məşqçi, milli komandanın sabiq baş məşqçisi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR