Türkiyədəki futbolçumuz heyətdən uzaqlaşdırıldı
Bizi izləyin

İdman

Türkiyədəki futbolçumuz heyətdən uzaqlaşdırıldı

Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubunun əsas heyətindən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə qərarı izmirlilərin baş məşqçisi Ayhan Akman verib.

Qərara görə, Mahir klubun gənclərdən ibarət komandasına göndərilib. O, təkcə bu cəzayla üzləşməyib. Şükürov pul cəriməsi də ödəməli olacaq.

Mahir millinin Bakıda Malta ilə oyunundan sonra Türkiyəyə gec qayıtdığı üçün bu cəzaya layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm