Bakı 2015-ə maraq artır – Avropa Oyunları Avstraliyada da yayımlanacaq
Bizi izləyin

İdman

Bakı 2015-ə maraq artır – Avropa Oyunları Avstraliyada da yayımlanacaq

Bakı 2015 I Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avstraliyanın Olimpiya Oyunlarının teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı I Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb.

“Seven Network” kanalı 2007-ci ildən ölkənin ən reytinqli televiziya kanalıdır. Bu telekanalla bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, ABŞ, Kanada, Hindistan, Çin və ərəb ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın hər yerində Oyunların daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.

Qeyd edək ki, bu sazişlə Bakı 2015 I Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm