Azərbaycan 2016-cı il olimpiadasına ilk lisenziyanı qazandı
Bizi izləyin

İdman

Azərbaycan 2016-cı il olimpiadasına ilk lisenziyanı qazandı

Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və ABŞ-ın “USA Knockouts” komandaları arasındakı qarşılaşma Azərbaycan boksçularının 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, bu qarşılaşma həm də boksçumuz Albert Səlimovun 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanması ilə əlamətdar olub. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlimovla Karlos Balderas arasında keçirilən döyüşdə ciddi zədə alan rəqib görüşü davam etdirə bilmədiyindən qələbə təmsilçimizə verilib.

Digər üç döyüşdə Murad Rabadanov (52 kq) Brent Riçard Veneqasa, Pərviz Bağırov (69 kq) Brayan Keballoya, Mixail Dalqalivets (81 kq) isə Stiv Nelsona qalib gəlib.

Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində Haci Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş keçirilməyib. Rəqib yarışa gələ bilmədiyindən “Baku Fires” təmsilçisinə texniki qələbə verilib.

Aprelin 18-də isə komandamız Puerto-Rikoya yola düşəcək. Orada “Puerto Rico Hurricanes” kollektivi ilə keçirələcək qarşılaşmada Heybətulla Hacıəliyev qələbə qazanacağı təqdirdə Rio-de-Janeyro arzusunu gerçəkləşdirə bilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm