Azərbaycan atleti Valentin Xristov Avropa çempionu olub
Bizi izləyin

İdman

Azərbaycan atleti Valentin Xristov Avropa çempionu olub

Azərbaycanın ağırlıqqaldırma üzrə atleti Valentin Xristov Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub.

AZƏRTAC xəbər verir ki, Valentin Xristov 62 kiloqram çəki dərəcəsində A qrupunda mübarizə aparıb. O, birdən ağırlıq qaldırmada əvvəlcə 133, sonra isə 135 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq turnir cədvəlinə başçılıq edib.

Atletimiz təkanla ağırlıq qaldırmada ilk cəhddə 160 kiloqramın öhdəsindən də asanlıqla gəlib. Bu çəki onun üçün həlledici olub.

Valentin Xristov həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Atletlərin çıxışlarını izləyən münsiflər heyətində Azərbaycanı Əməkdar İdman Xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edib.

Qeyd edək ki, çempionat aprelin 18-dək davam edəcək və aprelin 13-də Azərbaycanın qadın atleti Boyanka Kostova 53 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm