“Zadəganlar”ı incitmək olmaz – Sanksiya gözlənilir
Bizi izləyin

İdman

“Zadəganlar”ı incitmək olmaz – Sanksiya gözlənilir

İngiltərə Premyer Liqasının son turunda səfərdə KPR-i minimal hesabla məğlub edən (1:0) “Çelsi” çempionluğa doğru inamla addımlayır. Qələbəni çətinliklə qazanan “Zadəganlar” matçın sonlarında çətin anlar yaşayıb.

Publika.az xəbər verir ki, “Kuinz Park Reyncers”in azarkeşləri final fiti ərəfəsində vurulan qoldan sonra künc bayrağı tərəfdə sevinən rəqib futbolçulara yad əşyalar (plastik qab, qəpik) atıb. Məsələn, Branislav İvanoviçlə Nemanya Matiçin “payına” alışqan düşüb.

İngiltərə Futbol Assosiasiyası matçın baş hakimi Andre Marrinerin raportunu gözləyir. KPR-in ən yaxşı halda pul cəriməsi ödəyəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm