İdman
Dünya çempionu Şəmkirdə
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib.
Publika.az Trend-ə istinadən xəbər verir ki, hava limanında qonağı Shamkir Chess 2015 turnirinin təşkilatçısı Synergy Group-un rəsmiləri qarşılayıb. Məşhur şahmatçı bu gün səhər Gəncəyə, oradan isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub.
Synergy Group ASC-nin təşkilatçılığı ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ