“Beşiktaş”ın əfsanəsi “xərçəng”ə necə qalib gəlib? - VİDEO
Bizi izləyin

İdman

“Beşiktaş”ın əfsanəsi “xərçəng”ə necə qalib gəlib? - VİDEO

“Beşiktaş”ın əfsanəsi Paskal Numanın etirafı diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, hazırda “Survivor” yarışında “məşhurlar” komandasında mübarizə aparan keçmiş futbolçu vaxtı ilə xərçəng xəstəliyinə tutulduğunu deyib.

Yarış zamanı bədənindəki yaraları görən komanda yoldaşları Numadan bunun nəyə görə əmələ gəldiyini soruşublar. O isə hələ “Marsel” klubunda çıxış edərkən xərçəng xəstəliyinə tutulduğunu, yaraların da o dövrdən qaldığını etiraf edib.

Paskal o dövrdə 8 ay müalicə olunduğunu, bu xəstəliyə qalib gəldikdən sonra da “Beşiktaş”a keçdiyini söyləyib. Numa "Beşiktaş" sevgisi sayəsində xərçəngə qalib gəldiyini də vurğulayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm