Baş məşqçi istefa verdi - Prezident ölkədən qaçdı
Bizi izləyin

İdman

Baş məşqçi istefa verdi - Prezident ölkədən qaçdı

Baş məşqçi istefa verdi - Prezident ölkədən qaçdı

Ukraynanın “Metallist” klubunun baş məşqçisi Miron Markeviç istefa verib.

Publika.az xəbər verir ki, buna səbəb klubda yaşanan ciddi maliyyə böhranı olub. Baş məşçi mətbuata verdiyi açıqlamada istefa verməsini belə şərh edib: “Komanda gözümün qarşısında dağılırdı.

Bunu görmək mənim üçün çətin idi. Ona görə də istefa verdim. Bir həftədən sonra futbolçular azad agent statusunda olacaqlar. Artıq onlar 3 aydır ki, məvacib almırlar. Çox təəssüf edirəm ki, belə alındı. Başqa çıxış yolum qalmamışdı.

Bu proses uzun müddət idi ki, davam edirdi. Ola bilsin ki, mənim istefam kimisə oyandırsın, vəziyyətin ciddiliyi barədə həyəcan siqnalı versin və klubun taleyi ilə maraqlanan tapılsın. Futbolçuları uzun müddət “sabahlarla” yedizdirmək olmaz. Uşaqlara, azarkeşlərə minnətdaram”.

Qeyd edək ki, “Metallist”in sahibi Sergey Kurçenko Ukraynada baş verən 21 fevral hadisələrindən sonra ölkədən qaçıb. O, Viktor Yanukoviçin oğlu ilə yaxın dost idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm