Ulduz futbolçu analiz verməyə pivə və siqaretlə gəldi-FOTO
Bizi izləyin

İdman

Ulduz futbolçu analiz verməyə pivə və siqaretlə gəldi-FOTO

Ulduz futbolçu analiz verməyə pivə və siqaretlə gəldi-FOTO

“Şalke”nin ulduz futbolçusu Kevin-Prins Boatenq hər kəsi heyrətləndirəcək addım atıb.

Publika.az xəbər verir ki, futbolçu dopinq-tesdən keçmək üçün laboratoriyaya siqaret və pivə butulkası ilə gəlib. Almaniya çempionatının 25-ci turu çərçivəsində keçirilən “Şalke-“-“Bayer” görüşündən dərhal sonra laboratoriyaya yollanan futbolçunun bu görkəmdəki şəkli Almaniyanı şoka salıb. Futbolçu bütün peşəkar amilləri pozaraq, hətta “Şalke”nin formasını belə çıxartmayıb. “Şalke”nin idman direktoru məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. Ancaq maraqlıdır ki, Horts Held futbolçunun tərəfini saxlayıb: “Kevin ağır oyundan sonra stressi üzərindən atmaq üçün siqaret çəkib. Pivə məsələsinə gəlincə isə futbolçulara dopinq-test verməzdən əvvəl pivə içməyə icazə verilir. Bu, böyrək analizinin asan verilməsi üçün vacibdi”.

Futbolçu etdiyi hərəkətə izah vermək istəməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm