Maradona: “Venesuelanın əsgəri olmağa hazıram”
Bizi izləyin

İdman

Maradona: “Venesuelanın əsgəri olmağa hazıram”

Maradona: “Venesuelanın əsgəri olmağa hazıram”

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Venesuela prezidenti Nikolas Maduronu müdafiə edən bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, Maradona Venesuelanın əsgəri olmağa hazır olduğunu bildirib:

“İmperialist qüvvələr Venesuela ətrafında vəziyyəti gərginləşdirirlər. Mən Venesuelaya inanıram. Yaşasın Çaves, Yaşasın Maduro! Çavesin ruhu göydən bizi himayə edir. Bolivar torpağını müdafiə etdikcə özümü şərəfli insan sayıram. Vaxtı ilə komandan Çaves də belə olmasını istəyirdi”.

Qeyd edək ki, Venesuelada prezident Maduronun siyasətinə etiraz edən insanlar küçələrə çıxaraq aksiyalar keçirirlər. Etirazçılar şəhər küçələrində barrikadalar qurur, yolları kəsirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm