Dünya futbolunun çoxuşaqlı ulduzları - FOTOLAR
Bizi izləyin

İdman

Dünya futbolunun çoxuşaqlı ulduzları - FOTOLAR

Dünya futbolunun çoxuşaqlı ulduzları-FOTOLAR

Dünya futbolunun ulduzları bacarıqlarını təkcə yaşıl meydanlarda nümayiş etdirmirlər. Onlar həm də demoqrafik vəziyyətin nizamlanması ilə də gündəmdə olurlar. Zarafyana keçiddən adlayaq dünya futbolunun çoxusaqlı ulduzlarına. Publika.az futbolda iz qoymuş çoxuşaqlı ulduzları təqdim edir.

Pepe Reyna-4 uşaq

“Napoli”nin qapıçısı atası Miqel Reynadan nümunə götürüb. Ata Reynanın 5 övladı olub.

Devid Bekhem-4 uşaq

İngiltərə futbolunun ulduzu təkcə 4 doğma övladına qayğı göstərmir. O, minlərlə kasıb uşağa da yardım edir.

Sergey İqnaşeviç-4 uşaq

Rusiyada ailələrdə əsasən 1 və ya 2 uşaq olur. Bu baxımdan yanaşsaq, Sergeyin addımı təqdirəlayiq hesab olunmalıdı.

Zinəddin Zidan-4 uşaq

Müsəlman ulduzun 4 oğlu var. Onların hamısı “Real”ın futbol məktəbində təhsil alırlar.

Rivaldo-5 uşaq

Braziliya futbolunun ulduzu nəinki 5 uşaq böyüdüb, həm də oğlu ilə eyni komandada çıxış edib.

Raul-5 uşaq

“Real”ın ulduzunun 5 övladından 4-ü oğlandı. Raul 2 oğluna “Real”ın əfsanəvi futbolçuları Xorxe Valdano və Uqo Sançesin şərəfinə, onların adlarını verib.

Sergey Semak-6 uşaq

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin demoqrafik vəziyyətlə bağlı çağırışından sonra Semakın uşaqlarının sayı 6-ya çatıb. Hazırda Semakın ailəsində 7 uşaq var. İlk nigahından olan qızı da onlarla yaşayır.

Qarrinça-14 uşaq

Braziliya futbolunun əfsanəsi 14 uşaq atasıdı. Ancaq unutmayaq ki, bu uşaqlar onun rəsmən qəbul etdiyi övladlarının sayıdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm