• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Samboçumuz birinci oldu, erməni himni səsləndirdilər - VİDEO

  • İdman
  • 18 Aprel 2015 13:20
  • 822 Baxış
Samboçumuz birinci oldu, erməni himni səsləndirdilər - VİDEO

Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyinə start verilib. Aprelin 20-dək davam edəcək qitə birinciliyində ölkəmiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunur.

Azərbaycan Sambo Federasiyasından Modern.az saytına verilən məlumata görə, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq), Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır.

Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışır.

Dünən Avropa Çempionatında xoşagəlməz insident yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.

Azərbycan himninin əvəzinə Ermənistanın himinin səsləndirildiyini görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub.

Sonradan himnin səhv səsləndirildiyini anlayan təşkilartçılar bir neçə dəqiqəlik müzakirələr aparıb, yanlışlığı düzəldərək Azərbaycanın himnini səsləndiriblər.

Bu "yanlşlığın" Azərbaycana qarşı növbəti təxribat ola biləcəyi istisna deyil.

Həmin qalmaqallı anları təqdim edirik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR