• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Kikboks üzrə möhtəşəm ölkə çempionatı başa çatıb

  • İdman
  • 20 Aprel 2015 17:59
  • 420 Baxış
Kikboks üzrə möhtəşəm ölkə çempionatı başa çatıb

18-19 aprel 2015-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında XXI Azərbaycan çempionatını keçirib.

Publika.az xəbər verir ki, çempionat Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən Sərhədçi Olimpiya Kompleksində baş tutub.

Çempionatın keçirilməsi 2015-ci ildə dünya, Avropa çempionatı və beynəlxalq turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirmək idi. Kikboksçular öz güclərini sınayıblar.

Çempionatı giriş sözü ilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev açaraq, Azərbaycan idmanının uğur və nailiyyətlərindən, kikboksinq idman növünə böyük maraqdan danışıb. Artıq ölkəmizin beynəlxalq idman arenasında özünə məxsus yer tutduğunu, bu il keçirilən 2015 Avropa Yay Oyunlarının idmanımızın uğurlarından xəbər verdiyini diqqətə çatdırıb.

Adil Əliyev ölkədə idmançılara yaradılan hər çür imkan və şəraitə görə, Prezident İlham Əliyevə təşəkkürünü, idman siyasətinin güclənməsində göstərdikləri xidmətlərə görə, Azərbaycan Respublikası İdman və Gənclər naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə minnətdarlığını çatdırıb. Federasiya rəhbəri Azərbaycanın son illər qazandığı nailiyyətlər haqda danışıb:

“Bu gün ölkəmiz bütün istiqamətlərdə inkişaf edir. Ölkəmizin güclənməsi onun işğal altında qalan torpaqlarının azad olunmasını sürətləndirir. Bu günün kikboksçuları sabahın əsgərləridir və torpaqlarımızın düşmənlərdən azad olunmasında fəal iştirak edəcəklər”.

Kişilər arası komanda hesabında (5 qızıl, 4 gümüş və 3 bürünc medal) kikboksinq üzrə XXI-ci Azərbaycan Çempionatının Kubokunu “Neftçi” İSM klubu qazanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR