Məhkəmənin qərarı ilə stadionu bağladılar
Bizi izləyin

İdman

Məhkəmənin qərarı ilə stadionu bağladılar

Kazan şəhərinin mərkəzi stadionu fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, stadionun fəaliyyətini dayandırması ilə bağlı qərarı məhkəmə çıxarıb. Vahidov rayon məhkəməsində aparılan araşdırmadan sonra məlum olub ki, mərkəzi stadion 2005-ci ildə həyata keçirilən yenidənqurma işlərindən sonra istismar üçün icazə almayıb.

Bir sözlə, 10 il müddətində stadion qanunsuz fəaliyyət göstərib. Stadionda yanğınla bağlı təhlükəsizlik qaydalarına da əməl edilmədiyi aşkarlanıb.

Kazanı təmsil edən "Rubin" komandası bu mövsüm Rusiya çempionatındakı bütün ev oyunlarını klubun bazasındakı stadionda keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm