FHN-də “qol güləşi”
Bizi izləyin

İdman

FHN-də “qol güləşi”

FHN-də “qol güləşi”

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu qol güləşi üzrə çempionat keçirib.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb.

Füzuli Musayev 1995-ci ildə Ulu öndərimiz Heydər Əliyevin idman ictimaiyyəti və idmançılarla görüşün xatırladıb: “Həmin görüşdə mərhum prezidentimiz idmanın inkişafı üçün proqramın tutulmasını və zəruri işlərin görülməsi təklifini irəli sürmüşdü.

2005-ci ildə cənab prezident İlham Əliyev hər il martın 5-nin “İdman günü” kimi qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. Çempionatın bu günə təyin edilməsi təsadüf deyil”.

FHN-nin 24 müxtəlif qurumu və onun 109 əməkdaşı yarışın proqramına uyğun olaraq mübarizəyə başlayıb.
Yarış beynəlxalq qaydalara uyğun olaraq keçirilib. 6 çəki dərəcəsində - 65, 70, 75, 80, 90 və 90 kq-dan yuxarı iştirakçılar qollarının gücünü sınayıb.

Yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev və Respublika dərəcəli hakim Vaqif Hüseynov hakimlik ediblər.

Polkovnik Füzuli Musayev, klubun rəsmisi Bəxyiyar Mirzəliyev, FHN-nin Akademiyasının İdman kafedrasının rəisi Əhməd Hətəmov qalibləri mükafatlandırıb.

Komanda şəklində qaliblər:
1. FHN-nin Akademiyası
2. Dövlət Sularda Xilasetmə Xidməti
3. Mülkü Müdafiə Qoşunları


Şəxsi birincilikdə qaliblər:

69 kq çəkidə
1. Kəsəmənli Rəşad (FHN-nin Akademiyası)
2. Quliyev Samir (Cənub Regional Mərkəzi)
3. Orucov Vüsal (DYMX)

70kq çəkidə

1. Əsədov Vüsal (Qarabağ Regional Mərkəzi)
2. Xəlilov Rəşad (Şimal Regional Mərkəzi)
3. Zeynalov Zeynal (Aran Regional Mərkəzi)

75kq çəkidə

1. Əliyev Elşad (MMQ)
2. Mirzəzadə Orxan (Qarabağ Regional Mərkəzi)
3. Hüseynzadə Mirzə (DSXX)

80 kq çəkidə

1. Muğalov Fərhad (XRXX)

2. Paşayev Mehdi (MMQ)

3. Səfərov Elnur (DSXX)

90 kq çəkidə

1. Hüseynov Məzahir (FHN-nin Akademiyası)

2. Məmmədov Yalçın (XRXX)

3. Əkbərov Ramin (DSXX)

90 kq-dan yuxarı çəkidə

1. Hacıyev Rəşad (Sumqayıt Regional Mərkəz)

2. Akimov Elman (DSXX)

3. Şirəliyev Rəfail (Şimal Regional Mərkəz)

Komanda şəklində qaliblər:

FHN-nin Akademiyası

Dövlət Sularda Xilasetmə Xidməti

Mülkü Müdafiə Qoşunları

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm