"Barselona" ikinci kuboku qazandı
Bizi izləyin

İdman

"Barselona" ikinci kuboku qazandı

Bu gün İspaniya Kubokunun final oyunu keçirilib. Həlledici görüşdə "Atletik" və "Barselona" komandaları qarşılaşıblar.

Hesabı 20-ci dəqiqədə Messi açıb. 16 dəqiqə sonra Neymar fərqi artırıb. 74-cü dəqiqədə Messi dubla imza atıb.

Bilbao təmsilçisi isə yalnız 1 təsəlli qolu ilə kifayətlənib - 1:3.

Beləliklə, artıq İspaniya çempionu olmuş "Barselona" cari mövsümdə ikinci kuboku başı üzərinə qaldırıb.

Xatırladaq ki, Kataloniya təmsilçisi iyunun 6-da Çempionlar Liqasının Berlində keçiriləcək final oyununda "Yuventus"la qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm